Nazirlik: Poçt müdirinin intihar etməsi işi ilə bağlı deyil - YENİLƏNİB

16:03 | 07.07.2014
Nazirlik: Poçt müdirinin intihar etməsi işi ilə bağlı deyil - YENİLƏNİB

Nazirlik: Poçt müdirinin intihar etməsi işi ilə bağlı deyil - YENİLƏNİB

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Şabranda poçt müdirinin intihar etməsinə münasibət bildirib.Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə,  Elvin Zəkiyevin müdir işlədiyi Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsində heç bir yoxlama aparılmayıb: “Elvin Zəkiyevin məhz bu səbəbdən və işi ilə bağlı intihar etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”. * * *Şabran rayonunda intihar faktı qeydə alınıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçi massivi adlanan ərazisində qeydə alınıb. Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zəkiyev özünü asıb. O, Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub. Qeyd edək ki, intihar edən şəxs boşanıb və bir övladı var. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM