Nazirlik yeni kompüter laboratoriyası yaradır

09:29 | 15.02.2015
Nazirlik yeni kompüter laboratoriyası yaradır

Nazirlik yeni kompüter laboratoriyası yaradır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi kompüter sistemlərinin təhlükəsizliyinin analizi üzrə laboratoriya yaradır.  Bu barədə Trend-ə Mərkəzdən məlumat veriblər.


Laboratoriya yaxın aylarda yaradılacaq. Laboratoriyanın əsas vəzifələrinə kibertəhdidlərin analizi, onlarla mübarizə metodlarının tətbiqi, kompüter şəbəkələrinin təhlükəsizliyinin və proqram təminatının yoxlanılması və s. daxildir.


Analizin aparılması üçün proqram-aparat komplekslərinin alınması planlaşdırılır. İnformasiya təhlükəsizliyi sistemlərinin analizi kompüter şəbəkələrinin cinayətkarların hücumlarından müdafiəsini təmin etməyə və çatışmazlıqları üzə çıxartmağa imkan verəcək.
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM