Nazirlikdən dərsliklərdəki xətalarla bağlı açıqlama

15:30 | 29.12.2015
Nazirlikdən dərsliklərdəki xətalarla bağlı açıqlama

Nazirlikdən dərsliklərdəki xətalarla bağlı açıqlama

"Bu kitabı təhsil nazirliyi özü çap etmir. Amma bu işlərlə bağlı müvafiq tədbirlər görülür."
  
Bu sözləri Təhsil Nazirliyinin Təhsil keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev deyib. 

ANN.Az xəbər verir ki, bu gün Təhsil Nazirliyi ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

8-ci sinif dərsliyində olan səhvlərin və verilən mətnlərin düzgün olmaması sualını cavablandıran Nazirliyin Təhsil keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bu məsələ ilə bağlı rəyi ictimaiyyətin fikirlərini nəzərə alınıb müzakirələr aparıldığını dedi: "Bu kitabı təhsil nazirliyi özü çap etmir. Amma bu işlərlə bağlı müvafiq tədbirlər görülür."

Məsələyə fikir bildirən nazirliyin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov nazirliyin bununla bağlı geniş bir toplantı keçirdiyini dedi: "Məsələ ilə bağlı ictimai rəyləri  öyrənib, qərar qəbul etdik. Bu nazirliyin cavabdeh olmadığı bir nəşrdi. Ancaq müəyyən tədbirlər görüləcək."

"Dolların məzənnəsinin artması Ali təhsil müəssisələrinin səaliyyətindədir. Bu il qəbul olunanlar təhsil haqqlarında heç bir dəyişiklik olmayacaq. Ümumiyyətlə bu məsələ hələki gündəmdə deyil . 2016-ci ilin mart ayından sonra bu məsələyə baxılıb, analiz olunacaq".

Bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Məmmədov deyib.

Qeyd edək ki, bu gün Təhsil Nazirliyi ilin yekununa həsr olunmuş mətbuat konfransı keçirib.

Konfransada Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev, BİAM rəhbəri Fikrət Yusifov, nazirliyinin sözcüsü, Nazirliyin İnsan resusrları şöbəsinin müdirinin müavini İlham Nağıyev, Nazirliyin aparat rəhbərinin müavinin Yaqub Piriyev və jurnalistlər və.b iştirak ediblər.

Konfransda nazirliyinin bu il ərzində gördüyü işlər və əldə olunan nəticələr barədə danışılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM