Nazirlikdən doktorantura və dissertanturaya qəbul ELANI

17:10 | 04.11.2014
Nazirlikdən doktorantura və dissertanturaya qəbul ELANI

Nazirlikdən doktorantura və dissertanturaya qəbul ELANI

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 253s№-li Sərəncamına uyğun olaraq, 2014-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qəbul aşağıdakı ixtisaslar üzrə elan olunur:Doktorantura5311.01 – Müəssisələrin təşkili və idarə olunması   -          1 yer (əyani)5312.01 – Sahə iqtisadiyyatı                                         -  1 yer (əyani)5313.01 – Demoqrafiya                                                 -  1 yer (əyani)  5302.01– Ekonometriya                                                 -  1 yer ( əyani) Dissertantura5311.01 – Müəssisələrin təşkili və idarə olunması    -  1 yer (əyani)5312.01 – Sahə iqtisadiyyatı                                           -  1 yer (əyani)5313.01 – Demoqrafiya                                                   -  1 yer (əyani)  5302.01– Ekonometriya                                                  -  1 yer ( əyani)Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.Doktoranturada təhsil müddəti əyani 3 il, qiyabi 4 il, dissertantura yolu ilə 4 ildir.Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən qəbul imtahanları verirlər.Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturada təhsil ödənişsiz əsaslarla aparılır.Tələb olunan sənədlər: direktorun adına ərizə; kadrların şəxsiyyət və qeydiyyat vərəqi; tərcümeyi-hal; 2 ədəd foto şəkil (3x4 sm ölçüdə); çap olunmuş elmi əsərlərin siyahısı yaxud referat; iş yerindən xasiyyətnamə (işləyənlər üçün); əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün); ali təhsil haqqında diplomun surəti və diploma əlavə; şəxsiyyəti təsdiq edən sənədin surəti.Diplomun əsli və şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.Sənədlər 15.11.2014-cü ilədək qəbul edilir.Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44. Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Kadrlar şöbəsi. Əlaqə telefonları: (012) 563-11-45, (012) 563-15-01, (012) 563-08-47.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür