Nazirlikdən əlil uşaqlarla bağlı açıqlama

15:59 | 27.10.2014
Nazirlikdən əlil uşaqlarla bağlı açıqlama

Nazirlikdən əlil uşaqlarla bağlı açıqlama

Cari ilin ötən dövründə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 2 199 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 250 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa stasionar və ambulator qaydada bərpa-müalicə xidməti göstərilib.Oxu.Az xəbər verir ki, nazirlikdən verdiyi məlumata görə, qeyd olunan müddətdə 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq (valideynləri ilə birlikdə) Latviya Respublikasına bərpa-müalicəsinə göndərilib. Beləliklə, bu ilin ötən dövründə ölkəmizdə ƏƏSMN tərəfindən ümumilikdə 2534 nəfər uşaq bərpa-müalicə xidməti ilə təmin edilib.Qeyd edək ki, Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə prosedurlarına cəlb olunan 1022 nəfər uşaqdan artıq 977 nəfəri evə yazılıb. Onların 66-ı tam reabilitasiya olunub, digərlərinin səhhətində yaxşılaşma əlamətləri qeydə alınıb.Adıgedən bərpa mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar bərpa-müalicə prosedurları ilə təmin edilməklə yanaşı, onların sosial statuslarının bərpası, şəxsiyyətinin korreksiyası, əmək terapiyası məqsədi ilə kompleks işlər aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti