Nazirlikdən hava xəbərdarlığı

15:09 | 11.03.2014
Nazirlikdən hava xəbərdarlığı

Nazirlikdən hava xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq martın 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-9 dərəcə enəcək. Martın 12-dən 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM