Nazirlikdən məktəb yaxınlığında narkotik satışına reaksiya

14:12 | 23.01.2014
Nazirlikdən məktəb yaxınlığında narkotik satışına reaksiya

Nazirlikdən məktəb yaxınlığında narkotik satışına reaksiya

Narkotik məhsullarından istifadə halları gündən-günə artır. Bunların arasında artıq məktəbyaşlı yeniyetmə və gənclərə də rast gəlinir. Şirvan şəhərində məktəb yaxınlığında narkotik satan ərzaq mağazasının bir daha məktəb, kollec və ali təhsil müəssisələrinin tələbə və şagirdlərinin bu təhlükədən sığortalanmadığını göstərir. Bəs Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə hansı addımlar atılır?Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab gəlib: “Şirvan Şəhər Təhsil Şöbəsinin məlumatında bildirilir ki, 10 nömrəli tam orta məktəblə adıgedən ərzaq mağazası arasında 100 metr məsafə vardır. Məktəb şagirdlərinin həmin mağaza ilə heç bir əlaqəsi mövcud deyildir. Mağaza sahibi Şəhər Polis Şöbəsi tərəfindən saxlanılıb”.Məlumatda vurğulanıb ki, ümumiyyətlə, ümumtəhsil məktəbləri şagirdlərinin narkotiklərdən istifadə etməsi barədə Təhsil Nazirliyinə heç bir məlumat daxil olmayıb. “Narkotik və bu kimi zərərli maddələrdən istifadənin insan orqanizminə ziyanı barədə şagirdlərlə vaxtaşırı söhbətlər aparılır və təbliğat xarakterli tədbirlər həyata keçirilir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM