"NBC Bank": Lisenziyamız bərpa olunub

16:52 | 02.02.2016

"NBC Bank": Lisenziyamız bərpa olunub


Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur.
 
"APA-Economics" xəbər verir ki, bu barədə bankın rəsmi Facebook səhifəsində yayılan xəbərdə deyilir.
 
"NBC Bank" ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən "NBC Bank" ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır", - deyə məlumatda bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb