"Maral Rəhmanzadə peşəkar rəssamlıq təhsili aldıqdan sonra Neft Daşlarına işləməyə yollanan ilk azərbaycanlı olub".
Mədəniyyət və Turizim Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində Azəbaycanın təsvir sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, dövlət mükafatı laureatı, "Şöhrət” ordenli Maral Rəhimzadənin anadan olmasının 100 illiyinə həsr olunan sərginin açılış mərasimi olub.
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakıda anadan olub. O, 1933-ci ildə Azərbaycan Rəssamlıq məktəbini bitirib. Təhsilini Surikov (1934-1940 illər) adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.
М.Rəhmanzadə peşəkar rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadındır. O, xüsusilə, qrafika janrında çalışıb.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Maral Rəhmanzadənin Azərbaycan təsviri sənətinin inkişafındakı əvəzsiz xidmətləri olub:
"Maral xanım müasir milli rəssamlıq məktəbinin inkişafı üçün xeyli iş görüb. Sərginin açılışından bir gün əvvəl, tarixi hadisə baş verdi. Yubiley münasibətilə Maral Rəhmanzadənin portreti Azərbaycan İncəsənət Muzeyinə hədiyyə edilib. Bundan əvvəl, portret rəssamın bacısı Cəmilə xanımın şəxsi kolleksiyasında saxlanılırdı”.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov azərbaycanlı rəssamın həyat və fəaliyyəti haqqında danışaraq bildirib ki, Maral Rəhmanzadənin yaradıcılığı haqqında uzun danışmağa ehtiyac yoxdur. Əsərlərinə baxmaq kifayətdir ki, müəllifin parlaq yaradıcılığı barədə dolğun təsəvvür yaransın.
Azərbaycan rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirib ki, Maral Rəhmanzadə "Neft daşları"ndan əsərlər çəkən ilk rəssam olub.
Ağəli İbrahimov ANN.Az-a danışaraq bildirib ki, Maral Rəhmanzadənin yubiley sərgisi onun əsərlərini sevənlər üçün əsl bayramdır:
"Maral xanım emosiyalarla, gözəl xatirələrlə dolu məzmunlu, dolğun həyat yaşayıb. O, əsl rəssam həyatı yaşayıb. Maral xanım "Neft Daşları”na yollanan ilk qadındır ki, gözəl silsilə rəsm əsəri yaradıb. Rəssamın 1980-ci illərdə yaratdığı "Bizim Xəzərdə", "Naxçıvan", "Doğma Vətənim", "Azərbaycan" adlı silsilə əsərləri ilə vətənə sonsuz məhəbbətinin təzahürünü əks etdirib. Maral xanım Rəhmanzadə bu əsərləri Böyük Vətən müharibəsi illərindəki çətin şəraitində yaradıb.
Mikayıl Abdullayev də ANN.Az-a Maral Rəhmanzadə haqqında fikirlərini bölüşüb:
"Maral xanım "Neft Daşları”na səyahət edərək bu cəsarətli insanların hansı ekstremal və mürəkkəb mühitdə çalışanların həyat şəraitini öz gözlərilə görmək istəyib”.
Neftçilər arasında olarkən onları müşahidə edib, estakadaları, neft çənlərini, mədənləri, neftin çıxarılmasını rəsm əsərlərində əks etdirib. Bununla yanaşı, neftçilərin əmək həyatının çətinliklərini də əks etdirən peyzajlar yaradıb. Bu işləri Bakı sakinlərilə yanaşı, "Neft Daşları”nın işciləri də göstərilib. Buna görə də, Maral Rəhmanzadə "Bizim Xəzərdə" seriyasını yaradıb. 15 rəsm əsərindən ibarət bu seriya Moskvada nəşr olunub. Rəssam "Növbətçi kater", "Ərzaq gətirdilər", "Fırtınada" əsərlərində neftçilərin ağır əmək həyatını özünəməxsus şəkildə təsvir edib. Bu seriya rəssama geniş şöhrət qazandırıb. Rəhmanzanin sərgiləri ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş olunub. O, bundan başqa, bu mövzuda "Bu yeni qazma", "Beşik", "Fəvvarə”, "Qandallanmış borular", "Neft mədənində" kimi möhtəşəm əsərlər yaradıb.
Eyni zamanda, Maral Rəhmanzadənin bir çox əsəri qadınlara həsr edilib. Onların arasında "Azərbaycan qadınları - aşıqlar və şairələr", "Bacılarım", "Azərbaycan qadınları" və başqalarını nümunə göstərə bilərik. Rəssamın işləri təkcə Azərbaycanın deyil, həm də müxtəlif ölkələrin muzeylərində, rəsm qalereyalarında və sərgi salonlarında uğurla nümayiş edilib.
1950-ci ildə Maral Rəhmanzadə Cəfər Cabbarlı əsərlərinin ikicildliyi hazırlayıb. Belə ki, o pyeslərdə bir neçə personajı canlandırıb. Onlar arasında "Sevil", "Almas", "Solğun Çiçəklər" əsərləri xüsusi maraq cəlb edir. Həmin ildə Mirzə Fətəli Axundovun "Aldanmış ulduzlar" tarixi povestini xüsusi illüstrasiya ilə nəşr edilib.
Azərbaycanlı foto-bloqqer və səyyah Rüstəm Hüseynovla Maral Rəhmanzadə yaradıcılığı haqqında fikirlərini bölüşüb:
"Onun yaradıcılığında maraqlı olan formalar əsasən, onun qrafik işləridir. Rəng və kölgə xırdalıqlarına qədər düşünülmüş orijinal qrafika nümunələri bizim milli rəssamlıq məktəbi üçün aktualdır. Bir çox rəssamlarımız əsərlərində Xəzərin gözəlliyini təsvir ediblər, lakin Maral xanımım əsərini ilk baxışdan tanımaq mümkündür”.
Rəssam Maral Rəhmanzadənin yaradıcılıq yolu ötən əsrin 30-cu illərindən başlayır və xeyli təsviri incəsənət, sulu boya, kitab və təşvikat plakatlar, eyni zamanda, Böyük Vətən müharibəsi dövrünün əsərləri onun yaradıcılığının əsas tərkib hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, Maral Rəhmanzadə məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlini yaradıb. Bu heykəl hazırda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin girişini bəzəyir.
Sərgini ziyarət edən hər kəsə rəssamın yubuleyi üçün onun əsərlərindən ibarət kataloq təqdim olunur.
Sərgi noyabrın 19-a qədər davam edəcək.
ANN.Az sərgidən fotoları təqdime edir:
Rüstəm Qasımov
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !