Azərbaycan neftinin qiyməti yenidən 60 dollardan aşağı düşüb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, "Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 0,46 dollar ucuzlaşıb. Hazırda London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light” markalı Azərbaycan nefti 59,94 dollara satılır.
Dünya bazarında digər növ neftlərin də qiymətində ucuzlaşma qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTIneftinin qiyməti 1 barelə görə 0,79 dollar ucuzlaşaraq 51,95 dollar düşüb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 1,04 dollar azalaraq 57,69 dollar təşkil edib.
Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstandakı vəziyyət, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə neftin qiyməti düşəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !