“Neftin qiyməti sabitləşdikcə manatın ciddi devalvasiyası gözlənilmir”

17:30 | 24.04.2015
“Neftin qiyməti sabitləşdikcə manatın ciddi devalvasiyası gözlənilmir”

“Neftin qiyməti sabitləşdikcə manatın ciddi devalvasiyası gözlənilmir”

"Mərkəzi Bank mövcud ehtiyatlarını bu məsələnin həllinə yönəldəcək”

"Neftin qiyməti sabitləşərsə, manatda ciddi devalvasiya gözlənilmir”.
 
"APA-Economis”in verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.
 
A. Quliyevin sözlərinə görə, dollar-avro münasibətləri manatın məzənnəsinə təsir edir. "Bununla belə, neftin qiyməti tədricən sabitləşdikcə, manatın ciddi devalvasiyası gözlənilmir. Ümumiyyətlə, Mərkəzi Bank mövcud ehtiyatlarını bu məsələnin həllinə yönəldəcək”, - deyə o qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb