Nəqliyyat müfəttişləri ixtisara düşəcəklər

23:34 | 20.10.2015
Nəqliyyat müfəttişləri ixtisara düşəcəklər

Nəqliyyat müfəttişləri ixtisara düşəcəklər

"Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq”.

APA xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq”, - deyə nazir müavini bildirib.

M. Pənahov "işsiz qalanlar olacaqmı?” sualına bu cür cavab verib: "Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM