Nərmin üçün yığılan pullar hara xərclənəcək?

21:32 | 11.03.2014
Nərmin üçün yığılan pullar hara xərclənəcək?

Nərmin üçün yığılan pullar hara xərclənəcək?

“Nərmin üçün yığılan vəsaitin hələ ki, hara xərclənəcəyi haqda dəqiq qərar verilməyib. Ona görə bu barədə hələlik dəqiq bir söz deyə bilmərəm”. Bu sözləri “Axar.az”a Nərmin Hüseynlinin əməliyyatı üçün yardım kampaniyası təşkil edən gənclərdən olan Hikmət Qasımzadə deyib. Nərminin bacısı Mehin Hüseynli də şəxsi Feysbuk səhifəsində bu haqda qısa məlumat verib: “Nərmin üçün yığılan pul barədə narahat olmayın. Cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəyəm”.Başqa bir mənbədən verilən məlumata görə isə, N. Hüseynlinin əməliyyatı üçün yığılan vəsait bir başqa xəstənin müalicəsinə sərf ediləcək. Qeyd edək ki, N.Hüseynliyə ötən ilin aprelində boğazının şişməsi üzündən zob diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Əməliyyatdan sonra N. Hüseynlinin vəziyyəti ağırlaşıb. Təbrizə yollanan N. Hüseynliyə diaqnozun əvvəlcədən səhv qoyulduğu və onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub.N.Hüseynlinin həyatını xilas etmək üçün gənclər Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirib. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanılıb. Nərmin dünən müalicə olunduğu İstanbul Memorial Klinikasında vəfat edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM