"Bakı şəhər İcra Hakimiyyəti ən aşağı göstərici ilə sonuncu yeri tutub”.
"Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz məlumat verib. O, noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİ) və ADA Universitetinin birgə təşkilatçılığı ilə "ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirməsinin nəticələrini açıqlayıb:
"VXSİ Dövlət Agentliyi "ASAN Xidmət indeksi” üzrə qiymətləndirilən mərkəzi və yerli icra hakimiyyəti orqanların xidmətlərinin keyfiyyət göstəriciləri üzrə Hesabatı və Reytinq Cədvəlini açıqlayıb. Yerli icra qurumları arasında 1-ci yeri Binəqədi Rayon İcra Hakimiyyəyəti (~49%), sonuncu yeri isə Bakı Şəhər İcra Hakimiyhəti (BŞİH) (~1%) qazanıb. Binəqədi İH-nin 21, BŞİH-ın isə cəmi 5 xidməti qiymətləndirilib.
Göstəricilər anlaşıqlı formada onu göstərir ki, BŞİH-ın təklif etdiyi xidmətlər kifayət qədər keyfiyyətsiz təşkil olunub, məlumatlandırma, xidməti əldə etmək, əks əlaqə, elektronlaşma, effektiv ödəniş imkanları yaradılmayıb.
Binəqədi rayon İcra hakimiyyətini təbrik edirəm. Bakı şəhər İcra hakimiyyətinə də nəticə çıxarmağı arzulayıram”.
"Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. 2018-2019-cu illər ərzində agentlik tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 336 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 617 xidmət qiymətləndirilib.
Ən pis göstəricilər isə Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Diaspora qurumlarında, həmçinin də Dövlət Gömrük Komitəsində olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !