Nəvəmin qanını yerdə qoymayın! - Şəhid babası

10:50 | 08.08.2014
Nəvəmin qanını yerdə qoymayın! - Şəhid babası

Nəvəmin qanını yerdə qoymayın! - Şəhid babası

Cəbhə bölgəsinə səfər edən Kütləvi İnformasiya Vasitələri və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri avqustun 1-də cəbhə bölgəsində şəhid olmuş Sənan Şöhrət oğlu Quliyevin yas mərasimində iştirak ediblər.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, yas mərasiminə Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov, hərbçilər, respublikanın ayrı-ayrı bölgələrindən gələn insanlar da qatılıblar.Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsində keçirilən yas mərasimində şəhid Sənan Quliyevin babası, 75 yaşlı Əlqəmə Quliyev bildirib ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən hər gün nəvəsinin yas mərasiminə gələn insanlar var: “Mən onlara çox sağ olun deyirəm. İnsanların bizim ailəyə bu isti münasibəti nəvəmin ölümünü mənə unutdurur. Qarabağ müharibəsində bir oğlumu, dörd qardaşım oğlunu, dörd xalam oğlunu itirmişəm. Onların hamısının dağı ürəyimdədir. Ay camaat, namus, qeyrət edin! Ermənilərdən qorxmaq lazım deyil. Bu yaşımda özüm müharibəyə getməyə hazıram. Bizim torpaqlarda ordan-burdan gətirilən ermənilər məskunlaşdırılıblar. Onların üstünə getsək, hamısı qaçacaq. Mən buna əminəm. Balalarımızın qanını yerdə qoymayın. Sənanın qisasını alın”.Əlqəmə Quliyev öz girovluq həyatından da danışıb: “Məm Xocavənd rayonunun Qaradağlı kəndindənəm. Ermənilər məni girov götürmüşdülər. Girovluq zamanı gözlərimi kor etmişdilər. Sağ olsun Prezidentimiz, mənim müalicə xərclərimi öz üzərinə götürdü. İndi gözlərim görür”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM