“Nida” üzvlərinin məhkəməsində ittiham aktı oxundu

14:36 | 28.11.2013
“Nida” üzvlərinin məhkəməsində ittiham aktı oxundu

“Nida” üzvlərinin məhkəməsində ittiham aktı oxundu

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” və “Azad Gənclik” üzvlərinin mühakiməsi davam etdirilib. Prosesdə ittiham aktı oxunub.“Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, məhkəmənin böyük zalda keçirilməsi və sübutların araşdırılması ilə bağlı vəsatətlər veriblər, amma təmin olunmayıb.Növbəti məhkəmə prosesi dekabrın 5-də keçiriləcək.Bu ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM