• $ 1.7
  • € 1.9855
  • ₽ 0.022439
  • ₺ 0.0378
  • £ 2.2888

NİİM sürücülərə müraciət edib

NİİM sürücülərə müraciət edib
01.04.2024 11:40
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) işıqforun yaşıl işığının bitməsinə son saniyə qalmış hərəkət edən sürücülərə müraciət edib. 
 
Bildirilib ki, paytaxtın əksər küçə və prospektlərində bəzi sürücülərin bir neçə saniyə irəli düşmək istəyi sıxlığın yaranmasına səbəb olur.
 
"Sürücülər svetoforun yaşıl işığının bitməsinə 1-2 saniyə qalmış hərəkət edərək kəsişmələrin ortasında, "sarı tor”un üzərində dayanıb sıxlıq yaradırlar. Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır. Müşahidə kameralarının görüntüləri əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hərəkətin intensivliyini artırmaq və sıxlığın qarşısını almaq üçün yol polisi ilə birgə mütəmadi tədbirlər görülür. Belə sürücülərə müraciət edərək bildiririk ki, yollarda sıxlığın yaranmaması bir çox hallarda hər birimizdən asılıdır. Müşahidələr göstərir ki, svetoforun son saniyələrini gözləməyib "irəli düşüm prinsipi ilə” kəsişməyə daxil olan sürücülər özləri də vaxt itkisi ilə qarşılaşırlar. Belə qayda pozan sürücülərin nəzərinə çatdırırıq ki, "Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub”, - müraciətdə qeyd olunub. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Очередная гумпомощь Украине от Азербайджана
Cəmiyyət 19:22
Очередная гумпомощь Украине от Азербайджана
Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib
Cəmiyyət 19:15
Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib
Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 15:19
Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:51
Sabah 24 dərəcə isti olacaq
Faktiki hava açıqlanıb
Cəmiyyət 12:18
Faktiki hava açıqlanıb
Şirvanda çətənə yetişdirən iki nəfər həbs edilib
Cəmiyyət 10:45
Şirvanda çətənə yetişdirən iki nəfər həbs edilib
Göyçayda marketdə yanğın - Video
Cəmiyyət 10:44
Göyçayda marketdə yanğın - Video
Narkotik təsiri altında yük avtomobili idarə edən şəxs həbs edilib
Cəmiyyət 09:44
Narkotik təsiri altında yük avtomobili idarə edən şəxs həbs edilib
Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik
Cəmiyyət 09:16
Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol