• $
  • £

“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət

“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət
25.04.2026 16:29

Aprelin 26-sı və 30-da Azərbaycan Premyer Liqası çərçivəsində üz-üzə gələcək “Neftçi” və “Qarabağ” klubları birgə bəyanat yayıblar.

Bəyanatda hər iki komandanın azarkeşlərinə müraciət ünvanlanıb.

“Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Qarabağ” və “Neftçi” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!”, - bəyanatda bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
İdman 22:30
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
İdman 23:54
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşib
İdman 22:08
“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşib
"Qarabağ" Martin Zlomisliçi transfer edib
İdman 20:56
"Qarabağ" Martin Zlomisliçi transfer edib
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol