Nikol Paşinyan bu gün Moskvaya gedir

13:53 | 08.05.2023
Nikol Paşinyan bu gün Moskvaya gedir

Nikol Paşinyan bu gün Moskvaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Moskvaya gedəcək və orada Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak edəcək. Bu barədə Ermənistan mətbuatı məlumat verib. 

"Baş nazir mayın 9-da Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edəcək”, - Ermənistan hökumətinin bəyanatında deyilir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün görüşün "müəyyən planları” müzakirə olunur.

Aprelin 26-da bildirilib ki, Putin və Paşinyan arasında telefon danışığı olub, bu zaman siyasətçilər Qarabağdakı vəziyyəti müzakirə edərək regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi vəzifələrini diqqətə çatdırıblar.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM