Fransa erməniləri Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında Ermənistanın baş naziri vəzifəsinin icra edən Nikol Paşinyanın bu ölkəyə səfərinə qarşı kütləvi narazılıqlarını ifadə ediblər.
Qeyd edilir ki, Fransa erməniləri Paşinyanın gəlişi ilə əlaqədar binanın qarşısında etiraz aksiyası keçiriblər.
Onlar "Nikol, satqın" şüarlarını səsləndiriblər və "Təslimçi", "Satqın" sözlərinin yazıldığı plakatlar qaldırıblar.
Etirazçılardan biri Paşinyanın "köpək kimi gəbərməsini” arzulayaraq, "bu, sondur, bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, - deyə qışqırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !