Niqabda olan qadına münasibət: maraq, hörmət və ehtiyat

15:43 | 07.03.2014
Niqabda olan qadına münasibət: maraq, hörmət və ehtiyat

Niqabda olan qadına münasibət: maraq, hörmət və ehtiyat

Dayanacaqda avtobus gözləyərkən uşaqlı ər-arvad gördüm. Əri uzun saqqallı və qısa şalvarda, həyat yoldaşı isə niqabda. Ərin görünüşü onun sələfi olduğunu göstərirdi. Bakıda belələri az deyil, hətta mən deyərdim ki çoxdur. Əlbəttə, kişinin saqqal saxlamasında və qısa şalvar geyinməsində pis heç nə yoxdur. Əsas məsələ odur ki, yaxşı insan olsun, aldatmasın, oğurluq etməsin, başqalarının rahat yaşamasına mane olmasın. Bizim sələfi-vəhhabilər mane olmurlar.Niqab haqqında ayrıca danışmaq lazımdır. Azərbaycan islam ənənəsində mömin qadınların çarşab geyinmək ənənəsi var – pəncəyə və biləklərə qədər bədəni bağlayan qara uzun örtük. Yəqin ki, əksəriyyəti belə bir mənzərəni görüb: çarşablı qadının qarşısına kişi çıxdıqda, örpəklə üzlərini də qapadardılar.Ötən əsrin 60-cı illərdə Bakıda qoca qadınların əksəriyyəti çarşab daşıyırdı. Sonra qara çarşab geyinmiş qadınlar azaldı, hərçənd Abşeron kəndlərində uzun illər qaldı.1990-cı illərdən gənc Azərbaycan qızları da çarşab geyinməyə başladılar. Amma zahiri görünüş postulatlarının tərəfdarı olmağı lazım hesab edən inanclı azərbaycanlıların çoxu yalnız boynunu, çiyinlərini və sinəsini bağlayan hicab daşımağa üstünlük verir. Qalan geyimdə o başqalarından fərqlənməyə bilər. Əlbəttə, onlar mini-yubka geyinmirlər, əl biləklərini və ayaq pəncələrini çıxmaq şərtilə, ayaqlar və əllər qapalı qalır.Niqab isə – yalnız gözlərin göründüyü qara örtükdür, Bakıda son 5-8 ildə ortaya çıxıb. Ərəblərdə niqab adətdir, bizdə isə hələ də təəccüblü şey kimi qəbul edilir.Müşahidə etdiyim ailənin sonrakı davranışlarına qayıdaq: bəziləri üzünü çevirir, gözün kənarıyla qaraya bürünmüş qadına baxır, sonra yenidən üzünü çevirir. Hiss olunur: onu utandırmaq istəmirlər, bu insanların seçiminə hörmət bəsləyirlər.Sərnişinlərlə dolu avtobus dayanacağa yaxınlaşdı. Ər tıncıxırdı, bilmirdi, ailəsiylə avtobusa otursunmu? Əgər avtobusa minsələr, xanımının yad kişilərin arasında darısqallıqda qalacağını bilirdi. Bu avtobusu buraxdı, ikincini gözlədi. İkinci avtobus da dolu gəldi. Kişi başqalarının ayaqlarını basdalaya-basdalaya içəri keçdi və qərar verdi ki, ailəsi də sərnişinlərlə dolu salona keçsin.Avtobusda qara örtüyə bürünmüş və yalnız gözləri görünən qadın amerikan ku-kluks-klanın üzvü kimi görünürdü. Əgər dərhal çevrilib, belə üzlə kimsə qarşılaşsa, qorxmaq mümkündür.Bu fikirlərlə mən islam teoloquna müraciət etdim, İslam və “Quran” haqqında bir neçə kitabın müəllifi - Teymur Atayevə. Onun kitablarından biri "İslamda Gözəllik və harmoniya – yaradıcılıq aktının ilahi təzahürü kimi" adlanır.Teymur Atayev hesab edir ki, niqab Azərbaycanın dini ənənəsinə məxsus deyil. O, ərəb ölkələrindən gəlib, niqabda sələfilərin arvadları gəzirlər, bir qayda olaraq, bu qadınlar həmçinin sünniliyin sələfi məzhəbini qulluq edirlər."Əgər qadın dərk edərək, şüurlu şəkildə, niqabın daşınması ehtiyacına inanaraq, üzünü qapayıb, evdən çıxırsa, bu, onun seçiminə hörmətə səbəb olur və cəmiyyətimizin demokratikliyinin göstəricisi hesab olunur. Məlum olduğu kimi, Azərbaycanda heç kəs belə qadınları ittiham etməyi ağlına belə gətirmir. Amma mən istəməzdim ki, inanmaya-inanmaya zorla, kişinin sərt tələbi qarşısında tab gətirməyib, niqabla örtünsünlər", - Atayev cavab verdi.Həmçinin yoldan keçənlərin, şəhər və ya kənd sakinlərinin küçədə tamamilə qaraya qapanmış bir qadına münasibətini anlamaq lazımdır. Kimsə ondan çəkinə bilər, kimsə qorxa bilər, kimdəsə isə avtobusu partlatmaq üçün ictimai nəqliyyata girmiş Rusiya terrorçularıyla assosiasiya yarana bilər. Terror törətmək məqsədilə bir kişinin öz xarici görünüşünü gizlətmək üçün niqabdan istifadə etməsini istisna etmək olmaz.Yeri gəlmişkən, məşhur Azərbaycan milli operettası "O, olmasın, bu olsun"da qara çarşabda olan şəxs, qadın yox, kişi çıxır, özü də əlində revolver.Amma bizim qadınları belə geyimdə görərkən, məndə yaranan ilk təəssürat onun şüurlu olaraq anladığı, dərk etdiyi seçiminə olan hörmətdir, - Atayev vurğuladı.- Mənim Bakıda keçirdiyim uşaqlıq illərində çarşab daşıyırdılar, kişi görəndə ondan yaşmaqlanır, sonra isə açırdı.Avropanın bəzi ölkələrində niqabın daşınması anti-terror meylləri səbəbindən qadağandır. Elə bizdə də insanların belə geyimdə olan qadınlara münasibəti qeyri-ixtiyari olaraq özündə qorxunu ehtiva edəcəkdir.- Qadının xarici görünüşü barədə “Quran”da nə deyilir?- “Quran”da konkret ayə var ki, orda boyunu bağlamaq ehtiyacı haqqında deyilir. Quranda hicabın daşınması tələbi var. Biləklər və pəncələr açıq qala bilər. Deyilmişdir: Yad qadın və kişi görərkən, "baxışlarınızı başqa səmtə yönəldin, bədən üzvlərinizi qapayın". Amma bizdə heç kəs baxışlarını başqa səmtə yönəltmir, onda elədirsə, qadın niyə tamamilə qapanmalıdır? Axı “Quran”da belə dəqiq tələb yoxdur? Kitabda ümumiyyətlə, üz barədə söz yoxdur. Amma hicaba qarşı heç nə deməyəcəm, hicab daşımaq tələbi “Quran”da aydın göstərilib.- Azərbaycanda niqab daşımağı qadağan edən xüsusi qanuna ehtiyac varmı?- Mən bizim ölkəmiz üçün belə tələb qoymağı istəməzdim. Tunisdə və Misirdə xidməti yerlərdə niqab daşınmasına qadağa vardı. Əgər niqabda gəzmək istəyirlərsə, qoy olsun. Yəqin, əgər Azərbaycanda fövqəladə hadisə olmasa, qadağa ideyası qanunverici səviyyədə aktual olmayacaq.- Niqabda olan qadınların ortaya çıxması, bizim əhalimizin dini fəallığının artmasından xəbər verirmi?-  Əmin deyiləm. Axı bu qadınların həqiqi, səmimi motivləri aydın deyil. Müsəlman qadınların xarici görünüşünün necə olmalı olması barədə mən dedim, əgər o, belə istəyirsə, əgər özünü qara örtüyün altında sərbəst hiss edirsə və bundan dini məmnunluq duyursa, heç kəs ona mane ola bilməz.Amma "qapalı" qadın heç də həmişə İslama fanatikcəsinə inanan qadın anlamına gəlmir. Axı, məlum məsələdir ki, güclü istək olduqda, hətta qapalı qadın da qaçıb, istədiyini edə bilər.Bunda başqa bir məsələ də var: sanki hansısa bir kasta yaranır. Baxın, biz qapalıyıq, amma siz yox.Əgər kimsə üzün qapalı olmasını əxlaq kimi dəyərləndirirsə, onda bu, səhvdir. “Quran”da insanın zahiri görünüşü, geyimi qadının əxlaq göstəricisi deyil. "Çox israf etməyin" – “Quran”ın əxlaq tələbi budur. Heç vaxt bu tələb müsəlmanın xarici görünüşü ilə əlaqədar olmayıb.Hətta deyərdim ki: qızların vaxtaşırı hicaba müraciət etməsi, oğlanı özünə cəlb etmək, öz təmizliyini, bakirəliyini nümayiş etdirmək üçün bir vasitədir. Mənim bir qonşum vardı, qara örtükdə evdən çıxıb maşına oturardı. Üst geyimini soyunduqdan sonra bəlli olardı ki, həddindən artıq açıq-saçıq geyimdədir. Belə qadınlara ətrafdakıların qorxuyla, öz həqiqi mahiyyətini qapayıb pərdələyən və əslində, tamam başqa məqsədlər güdən birisi kimi yanaşmasını da qadağan etmək mümkün deyil.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM