Niyazi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldı

09:29 | 29.06.2016
Niyazi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldı

Niyazi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldı

Bu gün Bakı şəhəri Azadlıq prospektinin Cəfər Xəndan küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Avtomobillərin sıxlığı əsasən mərkəzə doğru müşahidə edilir. 

Bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumatda bildirilib. 

Həmçinin, paytaxtın Ziya Bünyadov prospektinin "Koroğlu" metro stansiyası istiqamətində və Koroğlu Rəhimov küçəsində nisbi sıxlıq yaranıb.

Eyni zamanda, "Formula-1" yarışı ilə əlaqədar çəkilmiş asfalt örtüyünün qaşınması ilə əlaqədar Niyazi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM