Norveç Rusiya ilə sərhədini hasarlayır

10:02 | 30.04.2016
Norveç Rusiya ilə sərhədini hasarlayır

Norveç Rusiya ilə sərhədini hasarlayır

Norveç hökuməti Rusiya ilə yeganə sərhədində hasar inşa etmək barədə qərar verib. 

"Report"un xəbərinə görə, bu barədə "Sputnik" agentliyi məlumat verib.

Xəbərdə bildirilir ki, hökumət bu addımı krallığın ərazisinə axışan qeyri-leqal miqrantların qarşısını almaq məqsədilə atır. Rusiya ilə sərhədin hasarlanması ideyası fevralda meydana gəlib. Həmin vaxt sərhədçilər ümumiyyətlə sərhəd buraxılış məntəqəsini müvəqqəti bağlamağı təklif ediblər.

"Əgər miqrant axını nəzarətdən çıxsa, hasar bizə kömək edəcək" - deyə Finnmark əyalətinin polis rəisi Katrin Xett bildirib. Aprelin 25-də Norveç hökuməti 500 miqranta krallığı könüllü tərk etməyi təklif edib.

Agentliyin xəbərinə görə, Rusiya tərəfi artıq bu plandan xəbərdar edilib. Qeyd edək ki, Rusiya-Norveç sərhədinin ümumi uzunluğu 196 kilometrdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb