Novruz Məmmədov: "Dünyanın ən möhtəşəm sarayıdır"

19:42 | 12.11.2014
Novruz Məmmədov: "Dünyanın ən möhtəşəm sarayıdır"

Novruz Məmmədov: "Dünyanın ən möhtəşəm sarayıdır"

"Azərbaycan prezidenti ilə Macarıstan baş naziri arasında mövcud olan şəxsi dostluq münasibətləri bu səfər zamanı daha da möhkəmləndi".ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.Novruz Məmmədov qeyd edib ki, Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında bəyannamə imzalanıb: "Prezidentlə baş naziri yaxınlaşdıran faktorlardan biri də hər 2 liderin ölkələrinin suverenliyinin qorunmasını əsas vəzifə hesab etmələridir. Artıq Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilmiş, imzalanıb".PA rəsmisi həmçinin əlavə edib ki, Macarıstan Parlamentinin binası dünyanın ən gözəl və möhtəşəm sarayıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM