“Nöqsanları qaldırın”- Rəislərə tapşırıq

22:13 | 27.06.2014
“Nöqsanları qaldırın”- Rəislərə tapşırıq

“Nöqsanları qaldırın”- Rəislərə tapşırıq

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə qeydiyyat işinin təşkili və vətəndaşların qəbulu işinin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. 

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər. 

Müşavirədə aidiyyəti xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM