Nuşirəvan Məhərrəmlidən Şeyxin iradlarına cavab: “Bu işə qarışa bilmərik”

17:07 | 25.06.2014
Nuşirəvan Məhərrəmlidən Şeyxin iradlarına cavab: “Bu işə qarışa bilmərik”

Nuşirəvan Məhərrəmlidən Şeyxin iradlarına cavab: “Bu işə qarışa bilmərik”

Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin televiziya kanalları ilə bağlı tənqidi fikrinə münasibət bildirib.
N. Məhərrəmli AzNews.az-a açıqlmasında bildirib ki, təmsil etdiyi qurumun qanunvericiliyə əsasən dinlə bağlı yayımlanan verilişlərə müdaxilə etmək hüququ yoxdur: “İlk növbədə Azərbaycanda fəaliyyət göstərən özəl televiziya kanalları bu məsələyə öz prizmaları ilə yanaşmalıdır. Biz onlara bunu verməyin və yaxud onu yayımlamayın deyə bilmərik. Yəni bu işə qarışmağa hüququmuz yoxdur”. 
N.Məhərrəmli hesab edir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) dini məsələlərlə bağlı normal verilişlər yayımlayırlar. Onun sözlərinə görə, ölkədə dini sahədə savadlı televiziya mütəxəssislərinin vacibliyinə ehtiyac var. 
Xatırladaq ki, bir müddət öncə Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda KİV-lərdə din birtərəfli təbliğ olunur: “Telekanallarda pirlərdən, falçılıqdan və s. eybəcərlikdən danışılır. Lakin mediada pisliklərlə yanaşı, yaxşılıq haqda da danışmalıdırlar. Axı, əsl din, əsl İslam bu deyil". 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM