Bu gün ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktlarının həyata keçirilməyinin indönümüdür.
"Qafqazinfo” xəbər verir ki, 2001-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən yerli vaxtla saat 08:46-da terrorçuların tutduğu "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi eyni hücuma məruz qalıb. Bir qədər sonra hər iki qüllə yerlə-yeksan olub.
Əkiz qüllələrə hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin — Pentaqonun binası da intiharçı-terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Terror aktları nəticəsində 3 minədək insan həlak olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !