O, musiqi kraliçasıdır... - FOTOLAR

16:32 | 19.01.2018
O, musiqi kraliçasıdır... - FOTOLAR

O, musiqi kraliçasıdır... - FOTOLAR

Hər kəs onu klassik musiqinin kraliçası adlandırır. Həm istedadı, həm də ecazkar gözəlliyi ilə son vaxtlar dünya mediasının diqqətini çəkən 33 yaşlı özbək gözəl Lola Astanova üçün bu xitab heç də qeyri-adi deyil. 

Hər hansı bir şəxsdən pianoçu təsvir etməyini istəsəniz o, sizə kostyumda, illərin beynə qazımış olduğu bir görkəm nəql etməyə başlayacaq. Elə bu səbəbdəndir ki, Lola klassik musiqi tarixinə novator kimi imza atdı.

"Qafqazinfo” xəbər verir ki, Lola Daşkənddə doğulsa da, uşaq yaşlarından Rusiyada yaşayıb. Onun musiqiyə olan marağı isə anasından gəlir. Belə ki, anası musiqi müəlliməsi olduğu üçün onun bu istedadını tez duyur və Lola piano dərsləri almağa başlayır. 

Bir çox konsertlərdə çıxış edən gənc pianoçu ona geyindirilən kostyumlardan sıxılır və öz imicini yaratmaq qərarına gəlir. Füsunkar bədənə sahib olan Lola geyimlərinə də xüsusi diqqət edir. Odur ki, Lola ifa etdiyi əsərlərlə yanaşı, hazırda imici ilə də diqqət mərkəzində qalmağı bacarıb. 

Hər zaman üzərində bahalı dikdaban ayaqqabı, onun üçün hazırlanmış libaslar gördüyümüz pianoçunun sözlərinə görə, ciddi musiqi sıxıcı geyimlər demək deyil:

"Klassik musiqinin tanıtımı ilə bağlı nələrinsə dəyişməli olduğunu düşünürəm. Heç bir şey eyni qalmır. Musiqi muzeydə hər hansı bir eksponant deyil, onu ifa edən şəxs tərəfindən yaşadılır. Və XXI əsrdə gəncləri cəlb etmək istəyiriksə, təqdimat çox vacibdir. İnsanlar eşitməklə yanaşı, hərdən görmək də istəyir. Ancaq etiraf edim ki, bəzən məni dinləyən şəxslərin fikri geyimimə gedir və sərin bir hissəsini qaçırırlar”. 

Bunun nəticəsidir ki, hazırda pianoçu sosial şəbəkələrdə maraqla izlənilən dünya ulduzlarından biridir. Yarım milyona yaxın izləyicisi olan gənc xanımın paylaşdığı videolara milyonlarla insan baxır. 
 












www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti