ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama "Əş-Şark-Əl-Ausat” qəzetinə müsahibəsində bəyan edib.
Obamanın sözlərinə görə, Vaşinqtonun maraqları sırasına amerikalıları təhdid edən terror şəbəkələrinin məhv edilməsi, o cümlədən regionda kütləvi qırğın silahlarının yayılmasına imkan verməmək də daxildir: "ABŞ öz maraqlarını qorumaq üçün öz gücünün istənilən elementindən istifadə etməyə hazırdır”.
Qəzetin Suriya və Yəməndə vəziyyətin gərginləşdirilməsində İranın rolu barədə sualı Obama belə cavablandırıb: "İranın regionun müxtəlif ölkələrinə qarşı gərgin və vəziyyəti gərginləşdirən addımlar atır. İran terrorizmin sponsorudur... Ona görə də region ölkələrin İranın atdığı addımlara görə narahat olmaqda haqlıdırlar”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !