Obama İsraili sərt tənqid etdi - Video

20:37 | 22.03.2015
Obama İsraili sərt tənqid etdi - Video

Obama İsraili sərt tənqid etdi - Video

İsrailin baş naziri Benyamin Netanyahunun Fələstinlə bağlı dedikləri Yaxın Şərq sülh danışıqlarını daha da çətinləşdirəcək.

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib. Netanyahu bir qədər əvvəl Yaxın Şərqdə sülh bərqərar olmayacağı təqdirdə Fələstin adda dövlətin mövcud olmayacağını demişdi. Obama Netanyahunun məsələyə bu cür yanaşmasını təndiq edib:

"Mən ona bildirdim ki, məsələnin hər iki tərəfin razılığı əsasında həll olunması İsrailin uzunmüddətli təhlükəsizliyi üçün yeganə yoldur. Onun sözlərini nəzərə alsaq, problemin alternativ yolla həllinə çalışmalıyıq. Əsas məsələ, regionda vəziyyətin xaosa doğru sürüklənməsinin qarşısını almaqdır”.

Obama bir qədər əvvəl Vaşinqontunun İsrail ilə münasibətlərini yenidən dəyərləndirəcəyini demişdi.

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti