Obyektivdə: Azərbaycanlılar xoşbəxtdirlərmi? - ANN.TV

12:15 | 30.04.2015
Obyektivdə: Azərbaycanlılar xoşbəxtdirlərmi? - ANN.TV

Obyektivdə: Azərbaycanlılar xoşbəxtdirlərmi? - ANN.TV

2015-ci il üzrə dünya ölkələrin növbəti xoşbəxtlik indeksi açıqlanıb. BMT-nin "Davamlı inkişaf həlli şəbəkəsi”nin yaydığı Dünya Xöşbəxtlik hesabatına görə, Azərbaycan 158 ölkə arasında 80-ci yerdə qərarlaşıb.

Məqsəd dünya ölkələri və region sakinlərinin xoşbəxt həyatını təmin etmək üçün onların nailiyyətlərini göstərməkdir. Burda əsasən ölkələrin iqtisadi, siyasi, sosial, səhiyyə və digər sahələrdə inkişafı əks olunur. İlk dəfə blə bir xoşbəxtlik reytinqi 2012-ci ildə tərtib edilib.
 
Liderlər siyahısına İsveçrə başçılıq edir, İslandiya, Danimarka, Norveç və Kanada - sonrakı ardıcıllıq belədir. Siyahını Benin, Toqo, Burundi, Ruanda və Suriya tamamlayır.
 
Azərbaycan bu siyahıda 80-ci yeri tutub. Yada salaq ki, ölkəmizin keçən ilki göstəricisi də belə idi. O, Pakistan, Serbiya, Latviya, Çin, Rumıniya kimi ölkələri arxada qoyub, lakin Türkiyə, Türkmənistan, Estoniya, Belarus və Rusiyadan geri qalır.
 
Azərbaycanın cənubi Qafqaz qonşuları da xeyli geridədir: Ermənistan 127-ci, Gürcüstan isə 130-cu sırada. Ölkə vətəndaşları üçün xoşbəxt olmaq nə deməkdir? ANN.TV-nin çəkiliş qrupunun hazırladığı video-reportaj bu mövzunu özündə əks etdirir:

Hazırladılar: Vəfa Nağı
Rasim Əliyev
Fəridə Alıyeva
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM