• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrın hava proqnozu açıqlanıb

Oktyabrın hava proqnozu açıqlanıb
30.09.2020 17:54
Oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Anews.az-a bildirilib ki, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacağı ehtimal olunur. Oktyabr ayının birinci ongünlüyünün ilk günlərində əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq.

Bakıda  və Abşeron yarımadasında  orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 20-24, üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti  təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  (norma 26-40 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında   orta aylıq  temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması  daxilindədir. Gecələr temperaturun  6-11, gündüzlər 23-28, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 49-56 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq  temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 11-16, gündüzlər 18-23, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma 31-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, dağlarda 0-5 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 34-126 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq  temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 11-16, gündüzlər 19-24, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-54 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  orta aylıq temperaturun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, dağlarda 3-7 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 96-274 mm) gözlənilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın iki rayonunda işıq olmayacaq
Cəmiyyət 00:06
Paytaxtın iki rayonunda işıq olmayacaq
Tovuzda maşınlar toqquşub, xəsarət alan var
Cəmiyyət 21:46
Tovuzda maşınlar toqquşub, xəsarət alan var
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Cəmiyyət 18:50
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Cəmiyyət 18:08
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Cəmiyyət 17:51
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Qusarda çaqqallar 3 nəfərəxəsarət yetirib
Cəmiyyət 15:53
Qusarda çaqqallar 3 nəfərəxəsarət yetirib
Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib
Cəmiyyət 15:52
Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib

Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
Cəmiyyət 14:55
Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək


DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb
Cəmiyyət 14:07
DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol