• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib

Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib
15.10.2026 15:52

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb.

Prosesin əvvəlində vəkil müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın və bu məbləğin 50 faizi miqdarında dövlət rüsumunun tam ödənildiyini deyib. Bunu təsdiq edən sənədi məhkəməyə təqdim edib. Müdafiəçi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini istəyib. 

Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməməsini və ona 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını tələb edib.

Prokuror fikrini belə əsaslandırıb ki, ziyanın ödənilməsindən sonra cinayət məsuliyyətindən azadetmə hər işə şamil edilə bilməz. Bu norma imperativ deyil, dispozitiv xarakter daşıyır və son qərarın verilməsi hakimin səlahiyyətindədir. İttiham tərəfi cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla müttəhimə cəza təyin etməlidir.

Səmədov da vəkilinin çıxışı ilə razılaşıb, son sözündə işə xitam verilməsini xahiş edib.

Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, dəymiş ziyan tam ödənilsə belə, cinayətin ağırlığı və ictimai təhlükəliliyi işə xitam verilməsinə imkan vermir.

Hökmə əsasən, Saleh Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.

Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.

Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra ictimai qınaq hədəfinə çevrilən rayon ağsaqqalı bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Korrupsiyada ittiham olunan Səmədov 17 aydır həbsdə idi.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol