Olimpiya oyunları yayımının əfsanəsi Manolo Romero Bakıda 2015-ci ildə keçiriləcək Avropa oyunlarının Təşkilat Komitəsinin tərkibinə daxil edilib.ANN.Az-ın ATR-ə istinadən verdiyi xəbərə görə, 2015-ci il Avropa oyunlarının Təşkilat Komitəsi Beynəlxalq İdman Teleradio Verilişləri Yayımı Şirkətinin (İSB) Avropa oyunlarının yayımını təşkil edəcəyi barədə məlumat yayıb.İSB şirkəti M.Romero tərəfindən 1996-cı ildə təsis edilib. O özü 7 Olimpiya oyununun, o cümlədən, 2012-ci il London Olimpiya oyunlarının yayımının təşkili ilə məşğul olub.Təşkilat Komitəsinin yaydığı bəyanatda o da qeyd olunur ki, İSB Avropiadanın keçirildiyi müddət ərzində onun açılışı, bağlanışı da daxil olmaqla, bütün növlər üzrə idman oyunlarının 1200 saat yayımlanmasına görə məsuliyyət daşıyacaq. İSB həmçinin oyunlarının yayımlanması hüququnun satışını da öz üzərinə götürəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !