1992-ci ildə Laçından məcburi köçkün düşən Əsli Baxşəliyeva erməni təcavüzünün üçqat qurbanıdır.
"Qafqazinfo"nun əməkdaşları hazırda Tərtərdə məskunlaşan Əsli anaya bəş çəkib, onunla söhbət edib.
Gözaydınlığı vermək mənim üçün həm də, ona görə çətin idi ki, Əsli ananın oğlu Bəxtiyar Mahmudov bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olub. Ana oğlunu görməyən gözləri ilə ağlayıb. Bu, bir ana üçün dünyanın ən böyük dəhşətidir desəm, yəqin ki, yanılmaram.
Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan, Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın geridə iki körpəsi atasız qalıb. İndi bu iki uşaq həm Əsli anaya əmanət olmaqla yanaşı, həm də onun gözləri, əlləridir.
Əsli Baxşəliyevanın üçqat müharibə qurbanı olmasını Vətən müharibəsi zamanı düşmən tərəfindən oğlu Bəxtiyarın evinə atılan mərmi tamamlayır. Həmin mərmi Bəxtiyarın evinə ziyan vurub, tövləsini dağıtsa da, ailənin verdiyi məlumata görə, müharibənin yaratdığı fəsada görə indiyədək yerli icra qurumlarından onlarla maraqlanan olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !