Onlar deputat seçildiyi üçün vəzifələrindən azad olunub - Sərəncam

15:02 | 23.09.2024
Onlar deputat seçildiyi üçün vəzifələrindən azad olunub - Sərəncam

Onlar deputat seçildiyi üçün vəzifələrindən azad olunub - Sərəncam

Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Prezidentin digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
Həmçinin Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
 
Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.
 
Hər dörd şəx sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti