Onlarla ilk dəfə əlaqə yaradılacaq - FOTOLAR

16:06 | 23.07.2015
Onlarla ilk dəfə əlaqə yaradılacaq - FOTOLAR

Onlarla ilk dəfə əlaqə yaradılacaq - FOTOLAR

Peru Respublikası ərazisində yaşayan və müasir sivilizasiyadan kənar həyat sürən qəbilə ilə ilk dəfə əlaqə yaradılacaq.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Amazon çayının indiyə qədər balta görməmiş cəngəlliklərində təcridolunmuş həyat yaşayan Mashco Piro qəbilə ilə ilk dəfə rəsmi təmas gerçəkləşdiriləcək. Artıq ölkənin antropoloqları bu səfərə hazırlaşırlar.

Hökumətin bu qəbilə ilə təması ilk dəfə olacaq. Buna səbəb isə son vaxtlar qəbilə üzvlərinin cəngəlliklərdən çıxaraq qonşu ərazilərdə yaşayan insanlara hücum etməsi, hətta onları öldürməsidir. Antropoloqlar qəbilə üzvlərinin yanına gedərək bu hücumların səbəblərini araşdırmağa çalışacaqlar.

Müasir dünyanın xəstəliklərinə qarşı dözümsüz olan bu qəbilə ilə hər hansı təması hökumət özü qadağan edib. Çünki hər hansı bir virusa tutulan qəbilə üzvləri dərhal ölürlər. 

Amma hazırda həmin qəbilənin təhlükəli həddə çatması hökuməti öz verdiyi qərarı pozmasına gətirib çıxarıb.
 





 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb