"OPEK-ə üzv-dövlətlərin görüşünün tarixi açıqlandı"

21:36 | 16.03.2016

"OPEK-ə üzv-dövlətlərin görüşünün tarixi açıqlandı"

Neft İxrac edən Ölkələr Birliyinə (OPEK) üzv-dövlətlərin görüşü bu il aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilə bilər.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

"CNN" isə görüşdə iştirak edəcək dövlətlərin sayının hələ məlum olmadığı haqda məlumat yayıb.

Qeyd edək ki, bu il fevralın ortalarında Dohada Rusiya və OPEK-ə üzv olan Səudiyyə Ərəbistanı, Qətər, Venesuelanın neft nazirlərinin görüşü olmuşdu. Onlar bazarda "qara qızıl"ın qiymətinin bahalandırılması ilə bağlı danışıqlar aparmışdı. Ancaq həmin görüş nəticəsiz başa çatmışdı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb