Separatçılar vilayətin qərb hissəsindən tamamilə çıxarılıb
Ukrayna ordusu Donetsk vilayətinin qərb hissəsində nəzarəti tamamilə bərpa edib. ANS PRESS-in məlumatına görə, bu barədə “Sağ sektor” hərəkatının lideri Dmitri Yaroş Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna ordusu könüllü batalyonlarla birlikdə döyüşə-döyüşə Donetskin qərb hissəsinə girib.
“Silahlı Qüvvələrin 93-cü briqadası, “Donbass”, “Dnepr” batalyonları və “Sağ sektor”un könüllüləri ilə separatçılar arasında qızğın döyüşlər getdi. Sonda qalib gəldik. Ukraynanın qərbi artıq bizim nəzarətimizdədir. Daha da möhkəmlənirik”, deyə Dmitri Yaroş bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna hərbçiləri Donetsk aeroportuna da nəzarəti ələ alıblar.Bu haqda informasiyanı Ukraynanın müdafiə naziri Valeri Heletey yayıb.
ANN.Az