Ordu üçün yığılan pulun məbləği açıqlandı

14:52 | 01.11.2017
Ordu üçün yığılan pulun məbləği açıqlandı

Ordu üçün yığılan pulun məbləği açıqlandı

Noyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyindən anews.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2017-ci il tarixədək 86.097.065,62 AZN, 212.873,88 ABŞ dolları, 8936,0 avro və 5000,0 rubl vəsait daxil olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM