Orta məktəbdə yenə də pul yığılır? - AÇIQLAMA

16:34 | 07.03.2014
Orta məktəbdə yenə də pul yığılır? - AÇIQLAMA

Orta məktəbdə yenə də pul yığılır? - AÇIQLAMA

Təhsil sisteminə yeni nazir - Mikayıl Cabbarov təyin olunduqdan sonra bir sıra ekspertlər xüsusən orta məktəblərdə problemlərin həll olunacağı haqqında proqnozlar verdilər. Xüsusilə də təhsil sahəsində mövcud rüşvətin qarşısının alınması üçün sərt addımların atılacağı deyilirdi və bildirilirdi ki, bu hallar daha çox əvvəlki nazir Misir Mərdanovdan qaynaqlanırdı.ANN.Az olaraq dəfələrlə məktəblərdə rüşvət halları ilə bağlı müxtəlif müraciətləri işıqlandırmışıq. Əsasən də valideynlərin müraciəti əsasında apardığımız araşdırmalar zamanı həmin pul yığılmaları ilə bağlı maraqlı halla qarşılaşmışıq. Direktorların münasibətindən belə aydın olur ki, rəhbərlik səviyyəsində hər hansı bir pul yığımından söhbət gedə bilməz. Müəyyən müəllimlərin şəxsi təşəbbüsü kimi baş verən pul yığılmalarının qarşısının alındığı deyilirdi.Bu dəfə ANN.Az-a Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı orta məktəbdən şikayət daxil olmuşdu. İmaməliyev Aydın adlı valideyinin müraciətində qeyd olunur ki, həmin məktəbin Ramella adlı müəlliməsi (5 A-nın sinif rəhbəridir, müəllimənin soyadını öyrənə bilmədik - S.) şagirdlərdən pul tələb edir və pul verməyən şagirdləri müxtəlif üsullarla aşağılayır.Elə məsələni adı çəkilən Ramella müəllimə ilə aydınlaşdırmağa çalışdıq. Telefon danışığı zamanı sinif rəhbəri hər hansı pul yığılmasını inkar etdi: “Heç bir pul yığılmasından söhbət gedə bilməz. Şagirdlər bir-biriləri ilə yola getmir – dalaşır, söyüşlər söyürlər. Mən də xəstə adamam, nə etməliyəm onlara? Təbii ki, bacardığım üsulla cəzalandırıram. Valideyinlərinə bu barədə dəfələrlə xəbərdarlıq etmişəm. Amma eyni hallar yenə təkrarlanır. İndi şagirdləri cəzandıran kimi deyirlər ki, müəllim pul istəyir”. Müəllimlər günü pul gətirmədiyinə görə, şagirdlərin gözüm-çıxdıya salınmasına münasibət bildirən Ramella müəllimə bunun da yalan olduğunu dedi: “Müəllimlər günü kiməsə hədiyyə almaq könüllüdür. Biz kimisə nəyəsə məcbur edə bilmərik”. Qeyd edək ki, Ramella müəllimə sonda vəziyyəti diqqətdə saxlamağı da bizdən xahiş etdi.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM