Orxan Pamukdan yeni Türkiyə açıqlaması

10:25 | 18.03.2015
Orxan Pamukdan yeni Türkiyə açıqlaması

Orxan Pamukdan yeni Türkiyə açıqlaması

Nobel mükafatlı yazar Orxan Pamuk Almaniyanın həftəlik "Die Zeit" jurnalına verdiyi müsahibəsində Türkiyənin Avropa Birliyinə üzv olması məsələsinin artıq keçmişdə qaldığını və özünün də bundan böyük xəyal qırıqlığı yaşadığını söyləyib.
 
TÜRKİYƏ İSLAM DÜNYASI ÜÇÜN MODEL OLA BİLMƏZ

Türkiyənin islam dünyası üçün model ola bilməsinə inanmadığını dilə gətirən Orxan Pamuk  Türkiyənin probleminin demokratik inkişafla üst-üstə düşməyəcəyini və islam və demokratiyanın ikisinin paralel surətdə irəliləməyəcəyini vurğulayıb.
 
ÖLKƏSİNİN "MÖCÜZƏLƏR DİYARINDA"kı ALİSAYA BƏNZƏTMƏSİ

Orxan Pamuk Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin artıq keçmişdə qaldığını və həm Avropa İttifaqının, həm də Türkiyənin öz problemləri ilə əlləşdiyini bildirib: "Böyük xəyal qırıqlığı yaşayıram. 2002-ci illə 2009-cu illər arasında pis fikirdəydim. Türkiyə Avropa Birliyinə daxil olanda möcüzələr diyarındakı Alisa kimi hər mövzuda danışacağıq inanmışdım".

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb