Orxan Zeynalov Rusiya həbsxanasında rekord qırır

12:08 | 19.05.2014
Orxan Zeynalov Rusiya həbsxanasında rekord qırır

Orxan Zeynalov Rusiya həbsxanasında rekord qırır

Birulevo tərəvəz bazasında baş verənlərin əsas səbəbkarı (moskvalı Yeqor Şerbakovun qətlində şübhəli bilinən) Orxan Zeynalov “matros sakitliyi”nin ən inadkar məhbusuna çevrilib. Oxu.Az xəbər verir ki, “Moskovski komsomoles” nəşrində bildirilənə görə, o, az qala karserdə oturma rekordunu qırıb.Xatırladaq ki, istintaqın versiyasına görə 2013-cü il oktyabr ayının 10-da Moskvada Vostryajovski keçiddə №7 evdə Zeynalov sərxoş halda Yeqor Şerbakova hücum edib, və onu döyüb. Bundan sonra bıçaq çıxardaraq iki dəfə Şerbakova zərbə endirib. Zərbələrdən biri ürəyinə dəyib, zərərçəkən cinayət yerindəcə keçinib.“MK” xəbər verdiyi kimi Moskvanın ictimai-müşahidə komissiyası Orxan Zeynalovla karserdə görüşüblər. O, artıq 7 gün idiki orada idi. Və onun karserə yerləşdirilməsi  birinci dəfə deyildi.Əməkdaşların sözlərinə görə, Orxan problemli məhbuslardan biridir. O, özünü aqressiv aparır, daxili nizam-intizam qaydalarına riayət etməkdən boyun qaçırır. İslah koloniyasının administrasiyası onu mütəmadi olaraq karserə yerləşdirmək məcburiyyəti qarşısında qalır. Zeynalov ora yerləşdirilməsinin əksinə getmir. O, davranışını hüquq-mühafizə orqanı əməkdaşlarına xasiyyətinin dəliqanlı olmasından başqa heç bir əsasla açıqlama verə bilmir. Özü qohumları ilə görüşməyə icazə verilmədiyi üçün şikayət edib.O, hələ də cinayətdə günahkar olduğuna etiraz edir. Bu yaxınlarda Zeynalovun işini son qərar üçün məhkəməyə veriblər. İstintaq onun  xuliqanlıq zəminində qətldə günahkar olması iddiasını irəli sürüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb