Orxan Zeynalov vətəni istəyir

10:09 | 15.08.2014
Orxan Zeynalov vətəni istəyir

Orxan Zeynalov vətəni istəyir

Moskva sakinini qətlə yetirmək ittihamı ilə 17 il koloniya cəzası alan Orxan Zeynalov ümid edir ki, Azərbaycan hökuməti ona cəzasının qalan müddətini Vətəndə çəkməsinə imkan yaradacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Orxan Zeynalovun hüquqlarının müdafiəçisi Viktor Anikuşkin bildirib. Onun sözlərinə görə, məhkəmənin hökmü hələ ki, fəaliyyətə başlamayıb və belə bir zamanda Orxan Zeynalov onun vasitəsi ilə Azərbaycanın Rusiya səfirliyi ilə danışıqlar aparır. Vəkilin bildiridiyinə görə, Azərbaycan tərəfi məhkumun cəzasının ölkəsində alması qərarına müdaxilə edə bilər. Lakin bu da alınmasa, Zeynalov qalan cəza müddətinin heç olmasa Rusiyanın Şimali Qafqazda olan koloniyalarında çəkməsini tələb edəcək. Belə ki, o tərəfdə onun həmyerliləri var.Cinayət işinin materiallarına əsasən, 2013-cü ilin 10 oktyabr tarixində Zeynalov Yeqor Şerbakova hücum edərək, onun kürəyi və sinəsinə bıçaqla zərbə endirib. İstintaq zamanı yaxalanan Zeynalov öncə özünü müdafiə etdiyini bildirsədə, daha sonra ümumiyyətlə bu məsləylə əlaqəsi olduğunu təkzib edib. Baş verən hadisə Rusiya paytaxtının Qərbi Brilyovo rayonunda kütləvi etirazlarla qarşılanıb. O dövrdə insanlar hökümətdən Brilyovun qərb tərəfində olan miqrant məsləsinin həllini və meyvə bazarının bağlanmasını tələb edirdi. Hadizə zəminində 400-dən çox insan saxlanılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM