• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Pakistanın görkəmli ictimai-siyasi xadimləri torpaqlarımızın işğalına etiraz etdi

Pakistanın görkəmli ictimai-siyasi xadimləri torpaqlarımızın işğalına etiraz etdi
20.02.2014 20:48
Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetinin buraxılışında “Pakistanın görkəmli şəxsləri Dağlıq Qarabağ məsələsinin həllinə çağırır; “Pakistan Observer” məsələnin sülh yolu ilə həlli məqsədilə ictimai birliyi səfərbər edir“ adlı yazı dərc edilib.Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Pakistanın media, ictimai, siyasi xadimləri Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə bəyannamə ilə müraciət etdikləri vurğulanıb. Bəyannamədə SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığı və təcavüz nəticəsində Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu, Xocalıda baş verən hadisələrin bu münaqişənin ən qara səhifəsi olduğu bildirilib. Məqalədə vurğulanıb ki, erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış Xocalı, fevral ayının 25-dən 26-na keçən gecə  keçmiş sovet ordusunun motoatıcı alayının bir başa iştirakı ilə hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı 613 nəfər öldürülmüş insanların arasında 83 uşaq, 106 qadın olduğunu bildirilib. Sənəddə Ermənistanın, işğalçı qüvvələrinin bütün zəbt olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması haqqında  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, həmçinin BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Təşkilatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına həmçinin digər müraciətlərə məhəl qoymadığı bildirilib. Bəyannamədə qeyd olunub ki, Pakistan Senatı 2012-ci ilin fevralın 1-də qəbul olunan qətnaməsində Xocalı soyqırımını tanıyaraq, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edilib, 2013-cü ilin oktyabrın 5-də qəbul olunan qətnaməsində isə Azərbaycanın ərazi bütövlüyü bir daha dəstəklənib. Bəyannamədə Pakistan xalqının Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz etdiyi və bu məsələnin BMT TŞ-nın qətnamələri əsasında ədalətli və sülh yolu ilə həllinə çağırdığı bildirilib: “Biz davamlı sülhün bərqərar olması naminə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ məsələsinə biganə qalmayaraq, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq. Pakistan xalqı hesab edir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi münaqişəli məsələlərin ədalət və sülh prinsipi əsasında həll olunmayacağına qədər dünyada sülh təhlükə altında qalacaq”. Birgə Bəyannaməyə “Pakistan Observerin”in baş redaktoru Zahid Malik, Pakistan Senatının sədr müavini Sabir Əli Bəluc, Senatın xarici əlaqələr komitəsinin sədri Hacı Adil, senatın müdafiə komitəsinin sədri Müşahid Hüseyn, Bəlucistan əyalətinin spikeri Mir Can Camali, Gilgit-Baltisatn əyalətinin spikeri Vəzir Beyq, Gilgit Baltistan əyalətinin vitse-spikeri Cəmil Əhməd və Pakistanın digər tanınmış ictimai və siyasi xadimləri, alimləri, hüquqşünasları, jurnalistləri, biznes elitanın təmsilçiləri imzalayıblar. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Siyasət 23:45
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Siyasət 21:15
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Siyasət 20:50
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Siyasət 20:30
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
Siyasət 13:41
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Siyasət 12:00
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:34
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Siyasət 09:44
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Siyasət 00:02
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol