Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb.
ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
Hal-hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.
Olay yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşlı Ayxan Abbasovdur. Hadisə zamanı dünyasını dəyişənlər isə Məharət Abbasov, 1965-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı və 2006-cı il təvəllüdlü Abbasova Aydan Məharət qızıdır.
ANN.Az