Partlayışda yaralanan 8 nəfər xəstəxanaya yerləşdirildi - Səhiyyə Nazirliyi

12:42 | 08.09.2014
Partlayışda yaralanan 8 nəfər xəstəxanaya yerləşdirildi - Səhiyyə Nazirliyi

Partlayışda yaralanan 8 nəfər xəstəxanaya yerləşdirildi - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya ya açıqlamasında deyib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır. Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM