• $
  • €
  • ₽
  • ₺
  • £

PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub

PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
17.03.2023 20:41
16 mart tarixində "PAŞA Həyat Sığorta” ASC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub. 

"Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Açılış mərasimində çıxış edən PAŞA Həyat şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov PAŞA Həyat haqqında məlumat verib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova qurumun peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb, həyat sığortası barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Sonra PAŞA Həyat şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev bu sahələr və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər. 

Təqdimatlardan sonra media nümayəndələri üçün "PAŞA Həyat” şirkətinin baş ofisinə infotur təşkil olunub. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Cəmiyyət 15:32
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 14:58
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Cəmiyyət 14:37
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Leysanla bağlı xəbərdarlıq edilib
Cəmiyyət 13:48
Leysanla bağlı xəbərdarlıq edilib
Jurnalist Əvəz Zeynallı vəfat edib
Cəmiyyət 13:39
Jurnalist Əvəz Zeynallı vəfat edib
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Cəmiyyət 13:11
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
Cəmiyyət 13:05
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb
Cəmiyyət 12:32
SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - statistika
Cəmiyyət 12:19
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol