Paşinyan Ermənistan xalqından üzr istəyib

15:19 | 16.09.2024
Paşinyan Ermənistan xalqından üzr istəyib

Paşinyan Ermənistan xalqından üzr istəyib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətində olanların hamısının adından xalqın istəklərinə əməl etmədikləri üçün üzr istəyib. 

"Bu gün ölkəmiz iki dilemma qarşısındadır. Ya ərazisini daha böyük dövlətin sahib olduğu forpost kimi saxlamaq ("Tarixi Ermənistan” konsepsiyası), ya da  Ermənistanın  layiqli həyat, azadlıq, ədalət və təhlükəsizlik məqsədilə  beynəlxalq səviyyədə tanınan ərazdə saxlayaraq  öz vətəndaşlarının rifahını təmin etmək ("Real Ermənistan” anlayışı)",  -  Paşinyan bildirib. 

O, əlavə edib ki, xalq  çoxdan öz seçimini "Real Ermənistan”ın xeyrinə edib.

"Amma biz hakimiyyətdə olanlar xalqın səsinə qulaq verməmişik  və onu  "Tarixi Ermənistan” konsepsiyası ilə yaşamağa məcbur etmişik. Məhz bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən də öz növbəmdə üzr istəyirəm”, – Paşinyan Teleqram kanalında yazıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM