Paşinyan kommunikasiyaların açılması ilə bağlı bəyanat verib

11:05 | 10.09.2024
Paşinyan kommunikasiyaların açılması ilə bağlı bəyanat verib

Paşinyan kommunikasiyaların açılması ilə bağlı bəyanat verib

Ermənistan kommunikasiyaların açılması məsələsində təhlükəsizlik funksiyasını özü yerinə yetirəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
 
"Son zamanlar 9 noyabr 2020-ci il tarixli bəyanatı üçüncü qüvvələr və ya bir ölkə kommunikasiya təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutması barədə  təsəvvür yaratmağa cəhd edir. Lakin lakin mən dərhal deyim ki, belə bir anlayışın reallıqla heç bir əlaqəsi yoxdur”, - Nikol Paşinyan bildirib  İrəvan Dialoqu Forumunda bildirib. 

Onun sözlərinə görə, suveren dövlətin ərazisində onun təhlükəsizliyinin başqa dövlətin təmin etməsi məntiqsiz olardı.

"Heç bir tərəfdaşın Ermənistanı 9 noyabr bəyanatına əməl etməməkdə ittiham etməyə haqqı yoxdur",  -  Paşinyan əlavə edib. 
 
O həmçinin rəsmi Bakı ilə artıq razılaşdırılan sülh müqaviləsinin hazır maddələri əsasında  sənədi  imzalamağı təklif edib. 
 
Baş nazirin sözlərinə görə, bu, bizim əlimizdə təsdiq edilmiş sənədin olmasına və ona uyğun irəliləməsinə imkan verəcək.
 
Rəsmi Bakı  da sülh müqaviləsinin maddələrinin 80%-nin razılaşdırıldığını, bəzi müddəalar üzrə razılaşmann hələlik mümkün olmadığını bildirib.
 
Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycan sazişi Ermənistan tərəfinin təklif etdiyi kimi, razılaşdırılmamış müddəalar layihədən çıxarılmaqla imzalanmasını məqbul saymır.
 
"Bunu məqbul hesab etmək olmaz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün layihə iki ölkə arasında bir sıra müstəvilərdə problemli məsələlərə aydınlıq gətirməlidir.  Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın keçmiş münaqişənin yadigarı olan Minsk qrupunun işini bərpa etməyə çalışması istənilən formada "sülh sazişi”nin mətninin imzalanmasını, əhatə dairəsi, bu ölkənin əsl niyyətləri ilə bağlı bir çox sual doğurur. Müqavilə layihəsini imzalamaq üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarını əks etdirən Konstitusiyasına müvafiq dəyişikliklər etməlidir",  -  HAcızadə bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı və imzalanan öhdəliklərin olduğunu bilən Ermənistan son 4 ildə onları yerinə yetirməyib.
 
Xarici özəl şirkətin hər iki ölkənin ərazisindəki prosesə cəlb edilməsi ilə bağlı bəyanata gəlincə isə Hacızadə , qeyd edib ki, Azərbaycan öz ərazisində heç vaxt üçüncü tərəfin prosesə cəlb edilməsini müzakirə etməyib.
 
"Əgər Ermənistan tərəfi həqiqətən də regionda kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir",  -  o əlavə edib. 

 
N.Təbrizli 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM